Ana Sayfa > Karusel / Hadisə > Azərbaycanda ticarət mərkəzinin qarşısında dəhşətli qəza: ölənlər var

Azərbaycanda ticarət mərkəzinin qarşısında dəhşətli qəza: ölənlər var


19-02-2017, 18:43. Yazar: Xeberaz
Azərbaycanda ticarət mərkəzinin qarşısında dəhşətli qəza: ölənlər var


Bu gün Cəlilabad rayonunda dəhşətli yol qızası baş verib. "Xəbəraz.az "xəbər verir ki, Ələt-Astara magistral yolunun Cəlilabaddan keçən hissəsində - Qarazəncir və Alar kəndlərinin arasındakı ticarət mərkəzinin qarşısında iki avtomobil toqquşub. Nəticədə avtomobillərdə olan şəxslərdən ikisi hadisə yerindəcə keçinib. Daha bir nəfər isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

İlkin məlumata görə, qəza avtomobillərdən biri köməkçi yoldan magistral yola çıxarkən baş verib. Hadisə yerinə polis əməkdaşları gəlib, araşdırma aparılır.

Geri dön