Ana Sayfa > Karusel / Hadisə / Dünya / Foto-fakt > Nişanlı cütlüyün başına pəncərə düşdü - FOTO

Nişanlı cütlüyün başına pəncərə düşdü - FOTO


19-02-2017, 16:42. Yazar: Xeberaz

Nişanlı cütlüyün başına pəncərə düşdü - FOTO


Türkiyənin Əskişəhər şəhərində bədbəxt hadisə baş verib. Küçədə yeriyən nişanlı cütlüyün başına pəncərə düşüb. Binanın 3-cü mərtəbəsindəki mənzilin pəncərəsinin yerindən çıxıb küçəyə düşməsi zamanı Qəmzə Kara adlı qız başından ağır xəsarət alıb. Onun nişanlısı Ersin Akbulut isə yüngül zədələrlə canını qurtarıb.


Bildirilir ki, başına pəncərə düşən cütlük toya hazırlaşırmış və hadisə vaxtı alış-verişə gedirmiş.


Reanimasiya şöbəsinə yerləşdirilən qızın həyatına təhlükə qalmaqdadır.

Geri dön