Ana Sayfa > Karusel / Gündəm > Bakıda külək əsəcək, temperatur 0 dərəcəyə enəcək

Bakıda külək əsəcək, temperatur 0 dərəcəyə enəcək


19-02-2017, 12:19. Yazar: Xeberaz
Bakıda külək əsəcək, temperatur 0 dərəcəyə enəcək


Ekologiya və Təbii Sərvətlər Nazirliyi həftənin ilk iş gününə gözlənilən hava haqqında məlumatı açıqlayıb. "Xəbəraz.az " xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 1° şaxtadan 2°-dək isti, gündüz 6-9° isti gözlənilir.

Bakıda gecə 0°-yə yaxın, gündüz 7-9° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunundan 766 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-65% təşkil edəcək.

Azərbaycanın rayonlarında da əsasən yağmursuz hava şəraiti gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 6-11° isti, dağlarda gecə 4-9° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.



Geri dön