Ana Sayfa > Karusel / Hadisə > Azərbaycanda çovğun: kənd yolu tamam bağlandı

Azərbaycanda çovğun: kənd yolu tamam bağlandı


19-02-2017, 10:06. Yazar: Xeberaz
Azərbaycanda çovğun: kənd yolu tamam bağlandı


Lerikdə güclü çovğun müşahidə edilir.

APA-nın verdiyi məlumata görə, saat 16 radələrindən güclü külək çovğunla əvəzlənib. Lerik-Zuvand yolunda avtomaşınların hərəkətində maneələr yaranıb. Kəlvəz, Pirəsurə, Orand, Mundigah, ümumilikdə, 12 ərazi vahidliyinə gedən yollarda hərəkət çətinləşib.

Çayrud kəndi ərazisində qar uçqunu səbəbindən yol tamamilə bağlanıb.
Geri dön