Ana Sayfa > Karusel / Gündəm / Qoroskop > Günün qoroskopu: kiçik problemlərə ifrat önəm verməyin
Günün qoroskopu: kiçik problemlərə ifrat önəm verməyin19-02-2017, 00:37. Yazar: Xeberaz |
Qoç - çətin və qarışıq gün olacaq. Uğura nail olmaq mümkündür, lakin bunun üçün ciddi səylərə ehtiyac var. Etibarlı müttəfiqlərdən yardım istəməkdən çəkinməyin. Buğa - tanışlar məhz ən ciddi anda köməyinizə gələcək və sizə kömək edəcəklər. Kiçik problemlərə ifrat önəm verməyin. Həmin müşküllərin hamısını çözmək olar. Əkizlər - böyük miqyaslı işi nəzərdə tutan razılaşma və ya anlaşma üçün müvafiq gün deyil. Maliyyə ilə bağlı məsələlərdə ehtiyatlı olun. Xərçəng - yaşam tonusu aşağı düşəcək. Adi günlərlə müqayisədə daha çox yorulacaqsınız. Axşam saatlarında istirahət edin. Şir - uzunmüddətli nəticələri ola biləcək məsuliyyətli qərar və addımlar günüdür. Bəzən sevmədiyiniz işi görməli olacaqsınız. Amma iradəli olun, fantaziyanı işə salın və görməli olduğunuz işi başa vurun. Qız - maliyyə, vergi, sığorta, əmlakla bağlı məsələləri həll etmək olar. İşdə və şəxsi münasibətlərdə eksperimentlər üçün uğurlu güdür. Tərəzi - yeniliklər düşərlidir. Romantik təmaslar pis alınmır. Şəraitin və yaşam ortamının dəyişməsi sevdiyiniz insanla münasibətlərə yaxşı təsir edəcək. Əqrəb - istənilən mühüm, hətta ən mürəkkəb işlər üçün əlverişli vaxtdır. Təşəbbüskar olun. Planlarınız tezliklə dəstək alacaq. Oxatan - bu gün reallaşdıra biləcəyiniz ideyalar mütləq gəlir verəcək. Vaxtınızı boş işlərə sərf etməyin. Oğlaq - narahatlıq və nigaranlıq üçün səbəblər yarancaq. Problemlər ciddi olsa da, fikriniz dağılacaq. Sakitləşmək və bütün diqqəti işlərə yönəltmək asan olmayacaq. Bir çox məsələlər həlli tapmadığından gərginlik arta bilər. Dolça - yaxın ətrafınızdakı insanların xahiş və istəklərini cavabsız qoymayın. Sizə dəyərli olan insanla ümumi dil tapın. Yaradıcı layihəyə başlamaq olar. Balıqlar - süst olmasanız, məqsədə çatmaq, planların bəzilərini gerçəkləşdirmək olar. Günün ikinci yarısı ünsiyyət və yeni tanışlıqlar üçün əlverişli vaxtdır. Geri dön |