Ana Sayfa > Karusel / Maraqlı > Varlı insanların ən böyük 7 səhvi
Varlı insanların ən böyük 7 səhvi18-02-2017, 19:46. Yazar: Xeberaz |
Yüksək miqdarda pul qazanmaq sizi varlı edə bilər amma bu var dövlət sizin zənginliyinizi davam etdirmək üçün kafi olmur. İnsanlar yüksək maaş almağın zənginlik üçün kafi olduğunu düşünsə də əsl əhəmiyyətli olan şey bu zənginliyin davamlılığını təmin etməkdir və bunu demək olar ki bir çox insan unudur. Varlı insanları sonradan yoxsulluğa sürükləyəcək 7 səhv: 1. Büdcə xərclərinə nəzarət etməmək Maliyyə məsləhətçilərinə görə çox pul qazanılsa belə əgər diqqətli olunmazsa hamısı əldən gedə bilir. Buna görə büdcə və xərcləmə planının olması lazımdır. 2. Sosial sığorta etməmək Yüksək gəlirli insanlar çox zaman sosial sığorta etdirməyi rədd edirlər və bu onlara böyük zərər verir. 3. Uzun müddətli maliyyə planı etməmək Maliyyə məsləhətçilərinə görə çox yüksək gəlirli insanlar pulun hər cür maliyyə problemini həll etdiyini düşünür. Bu düşüncə isə uzun müddətli plan yaratmaqlarına maneə törədir. 4. Maaşın sonsuza qədər yüksək olacağını düşünmək Çox pul qazanmaq insanlara saxta bir güvən duyğusu verə bilir. Kifayət qədər qazanıldığında yenilməzlik hissi yaranır ki bu vəziyyətdə də maliyyə məsləhətçiləri bu tərz düşüncələrin təhlükəli ola biləcəyini, hər şeyin bir anda dəyişə və pulu qazanmadan xərcləməmək lazım olduğunu söyləyirlər. 5. Vergi strategiyası qurmamaq Yüksək gəlirli insanlar yüksək vergilər ödəsələr belədaha çox qənaət etməklə bunu balanslaşdıra bilərlər. Bunun üçün maliyyə məsləhətçiləri ilə əlaqə yaratmaq mütləqdir. 6. Qənaət etməyi unutmaq Yüksək gəlirli biri hər şeydən əvvəl gələcəkdə alacağı təqaüdü maksimuma çatdırmağı düşünür. Bunun yaxşı bir şey olduğu danılmazdır lakin təqaüd maaşını ən üst səviyyəyə çıxardıqdan sonra qənaət etməyi öyrənmək lazımdır. Maliyyə mütəxəssisləri insanların gəlirlərinin artdıqca xərclərinin da artdığını ancaq qənaətlərində bir dəyişiklik etmədiklərini söyləyir. 7. Lazımsız xərclər etmək Gəlirləri yüksək olan insanlarda bahalı əşya almaq vərdişi yaranır: Bahalı telefonlar, daş-qaşlar, avtomobillər kimi. Bütün bu xərclər və baxım xərcləri isə sürətlə arta bilir. Maliyyə mütəxəssisləri avtomobilin çətin qazanılan pulu sərf etməyin ən asan yolu olduğunu bildirirlər. Geri dön |