Ana Sayfa > Karusel / Gündəm > Şaxta olacaq, yollar buz bağlayacaq - BAZAR HAVASI

Şaxta olacaq, yollar buz bağlayacaq - BAZAR HAVASI


18-02-2017, 13:36. Yazar: Xeberaz
Şaxta olacaq, yollar buz bağlayacaq - BAZAR HAVASI


Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, bəzi yerlərdə zəif duman olacaq, cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 0-3° şaxta, gündüz 5-9° isti, Bakıda gecə 1-3° şaxta, gündüz 5-7° isti olacaq.
Gecə və səhər yollar buz bağlayacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən, yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə dumanolacaq, qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 6-10° isti, dağlarda gecə 10-15°, yüksək dağlıq ərazilərdə 16-21° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.



Geri dön