Ana Sayfa > Karusel / Siyasət / Dünya > Prezidenti tanımadılar... - Münxendəki konfransda qəribə hadisə

Prezidenti tanımadılar... - Münxendəki konfransda qəribə hadisə


18-02-2017, 11:22. Yazar: Xeberaz
Prezidenti tanımadılar... - Münxendəki konfransda qəribə hadisə


Münxen təhlükəsizlik konfransında birinci panel müzakirələrinin aparıcısı, Böyük Britaniyanın "Financial Times" qəzetinin icraçı direktoru Filipp Stivens konfrans iştirakçılarına sual verən Estoniya prezidenti Kersti Kalyulaydı tanımayıb.

Konfransda müzakirələrin birinci hissəsi başa çatdıqdan sonra aparıcı zalda suallar mərhələsinə keçib. O, Estoniya prezidenti əlini qaldıraraq sual vermək istəyəndə: "Bu xanım sual vermək istəyir. Siz yaxşı olardı ki, özünüzü və kimi təmsil etdiyinizi söyləyərdiniz", - deyə bildirib.

Estoniya lideri isə cavabında söyləyib ki, "Təşəkkür edirəm. Mən Estoniya prezidenti Kersti Kalyulaydam".

Qeyd edək ki, 17-19 fevral tarixlərində keçirilən Münxen konfransında 30 ölkənin dövlət başçısı, 80-dən çox müdafiə naziri iştirak edir.


Geri dön