Ana Sayfa > Karusel / Gündəm / Hadisə > “Xəzərdə meyit tapıldı - İtkin neftçilərdən biri ola bilər

“Xəzərdə meyit tapıldı - İtkin neftçilərdən biri ola bilər


17-02-2017, 23:24. Yazar: Xeberaz
 “Xəzərdə meyit tapıldı -  İtkin neftçilərdən biri ola bilər


Bu gün axşam saatlarında Qaradağ rayonunun Ələt qəsəbəsində Xəzər dənizinin sahilində naməlum kişi meyiti tapılıb.

"Xəbəraz.az " Virtualaz.org-a istinadən xəbər verir ki, hazırda müvafiq dövlət komissiyası tərəfindən cəsədin ötən ilin dekabr ayının 15-də güclü külək zamanı estakadanın dənizə uçması nəticəsində itkin düşmüş neftçilərdən birinə mənsub olması ehtimalı araşdırılmağa başlanılıb.

Hazırda cəsəd Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyi Yasamal şöbəsinə aparılır.


Geri dön