Ana Sayfa > Karusel / Hadisə > Abşeronda göl daşdı: 6 nəfər təxliyə olundu
Abşeronda göl daşdı: 6 nəfər təxliyə olundu17-02-2017, 12:07. Yazar: Xeberaz |
Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən Daşağıl gölündə suyun səviyyəsi qalxıb. "Xəbəraz.az "-ın FHN-nin saytına istinadən xəbərinə görə, nəticədə yaxınlıqda olan fərdi yaşayış evlərinin həyətyanı sahələrini su basıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq 6 nəfərin təhlükəsiz əraziyə təxliyə olunmasını təmin ediblər. Geri dön |