Ana Sayfa > Karusel / Gündəm / Səhiyyə > Dərman firması əməkdaşlarının həkimlərlə sövdələşmə aparmasına qadağa qoyulub

Dərman firması əməkdaşlarının həkimlərlə sövdələşmə aparmasına qadağa qoyulub


16-02-2017, 13:47. Yazar: Xeberaz
Dərman firması əməkdaşlarının həkimlərlə sövdələşmə aparmasına qadağa qoyulub



Səhiyyə Nazirliyi dərman firmalarının əməkdaşlarının iş vaxtı xəstəxanalara gedib həkimlərlə sövdələşmə aparmasına qadağa qoyub.

"Xəbəraz.az " Trend-ə istinadən bildirir ki, bunu Səhiyyə Nazirliyinin (SN) Əzçaçılıq subyektləri ilə iş şöbəsinin müdir müavini Pərviz Əzizbəyov deyib.

O qeyd edib ki, SN bu məsələlərə ciddi nəzarət edir və bu cür hallar aşkar olunduğu halda, lazımi tədbirlər görülür: "Əgər vətəndaşlar hansısa xəstəxanalarda bu cür hallarla rastlaşarlarsa, Səhiyyə Nazirliyinə müraciət edə bilərlər".


Geri dön