Ana Sayfa > Karusel / Şou-Biznes / Xəbəraz TV / Ekskluziv > Renka Türkiyədə ilkə imza atdı - video

Renka Türkiyədə ilkə imza atdı - video


15-02-2017, 18:11. Yazar: Xeberaz
Renka Türkiyədə ilkə imza atdı - video

Oriyental ulduz yenə seçilməyi bacardı.

Şərq rəqsinin sultanı rəqqasə Renka Azərbaycanda çəkdirdiyi ekran işi ilə Türkiyədə gündəmə damğasını vurdu.

Yaradıcılığı üzərində durmadan çalışan rəqqasə Renkanın klipi türkiyənin ən məşhur simalarının kliplərinin yayımlandığı “Netd Music World”da nümayiş etdirilib.

"Xəbəraz.az "-ın məlumatına görə, rəqqasə çəkdirdiyi yeni “Yuxu” ekran işi maraqla qarşılanıb.

Qeyd edək ki, aranjimanı Fərid Ağaya aid olan bəstənin ekran həlli rejissor Nail Naiboğluna həvalə edilmişdir. Rəqqasənin imici üzərində stilist və vizajıst Qusik Simon çalışıb.


Geri dön