Ana Sayfa > Karusel / Hadisə / Xəbəraz TV > "Hacıbala müəllimə təşəkkür edirəm" - "Tarqovı"da evlilik təklifi edən - VİDEO

"Hacıbala müəllimə təşəkkür edirəm" - "Tarqovı"da evlilik təklifi edən - VİDEO


15-02-2017, 17:34. Yazar: Xeberaz

"Hacıbala müəllimə təşəkkür edirəm" - "Tarqovı"da evlilik təklifi edən - VİDEO


Dünən azərbaycanlı gəncin Fəvvarələr meydanında sevdiyi qıza evlənmə təklif etməsi sosial şəbəkələrdə maraqla qarşılanıb. Təklifi edən Elşən Məmmədov bunun üçün "flashmob" hazırladıb və yaxınlarından kömək alıb. Yaşadığımız mühitdə bir çox insan qınaqdan çəkindiyi üçün bunu edə bilmədiyindən gəncin addımı yüksək qiymətləndirilib.

"Xəbəraz.az " xəbər verir ki, qafqazinfo evlilik təklifini həyata keçirən Elşən Məmmədovun fikirlərini öyrənib. O bildirib ki, dünəndən xeyli müsbət reaksiya alıb, tanıyan, tanımayan hər kəs onu təbrik edir:

""Flashmob" üçün 15 gün məşq ediblər. Xanımın məlumatı yox idi, bu, ona sürpriz oldu. Monitorda saniyələr gedirdi və birdən "flashmob" başlandı. Daha sonra yaxınlarımız, dostlarımız əllərində gül və şarlarla gəldilər. Ən əsas istədiyim Tofiq Quliyevin lirik "Sevgi valsı" altında rəqs etmək idi. Ən azından, köklü musiqilərimizi yaşatmalıyıq. Kömək edən hər kəsə, xüsusilə də, Hacıbala müəllimə təşəkkür edirəm".


Geri dön