Ana Sayfa > Karusel / Dünya / M2 > Uşaqlarını, rus arvadını öldürdü, sonra intihar etdi

Uşaqlarını, rus arvadını öldürdü, sonra intihar etdi


14-02-2017, 21:54. Yazar: Xeberaz
Uşaqlarını, rus arvadını öldürdü, sonra intihar etdi

Antalyada Türkiyə vətəndaşı Rusiyadan olan həyat yoldaşı və iki uşağını qətlə yetirib, sonra isə intihar edib. APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə Rusiyanın Antalyadakı Baş Konsulluğundan bildirilib.

Məlumata görə, Müəmmar Gün əvvəlcə oğlu Viktor və qızı Leylanı zəhərləyərək öldürüb, sonra tüfəngdən atəş açaraq Rusiya vətəndaşı olan həyat yoldaşı Annanı qətlə yetirib. Daha sonra isə o, hadisə barədə polisə məlumat verərək intihar edib.

İlkin məlumata görə, cinayət məişət zəminində törədilib.
Geri dön