Ana Sayfa > Karusel / Dünya / M2 > Əl-Babın çox hissəsi İŞİD-dən təmizləndi

Əl-Babın çox hissəsi İŞİD-dən təmizləndi


14-02-2017, 21:52. Yazar: Xeberaz
Əl-Babın çox hissəsi İŞİD-dən təmizləndi
“Azad Suriya Ordusu” Suriyanın Əl-Bab şəhərinin çox hissəsini nəzarətə götürüb. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin baş naziri Binəli Yıldırım bildirib.

“Bizim məqsədimiz Türkiyə və İŞİD-in zəbt etdiyi ərazilər arasında nəqliyyat dəhlizlərini nəzarətə götürmək olub”, - deyə o bildirib.

Baş nazirin sözlərinə görə, Türkiyə aviasiyası “Fərat qalxanı” İŞİD silahlılarının Əl-Babda fəal istifadə etdikləri tunellərin çox hissəsini dağıdıb.

Şəhərin bir hissəsi hələ də silahlıların nəzarətində qalmaqdadır.
Geri dön