Ana Sayfa > Karusel / Hadisə > Ana evdən çıxdı, 2 aylıq körpəsi dəhşətli şəkildə öldü - BAKIDA QANDONDURAN OLAY - TƏFƏRRÜAT

Ana evdən çıxdı, 2 aylıq körpəsi dəhşətli şəkildə öldü - BAKIDA QANDONDURAN OLAY - TƏFƏRRÜAT


14-02-2017, 17:31. Yazar: Xeberaz
Ana evdən çıxdı, 2 aylıq körpəsi dəhşətli şəkildə öldü - BAKIDA QANDONDURAN OLAY - TƏFƏRRÜAT

Bakının Binəqədi rayonundakı dəhşətli yanğınla bağlı bəzi məqamlar aydınlaşıb. "Xəbəraz.az "-ın məlumatına görə, yanğının baş verdiyi evdə yanaraq ölən Cabbar Cəfərov cəmi 2 aylıq imiş. O, ötən ilin dekabrında doğulubmuş.
Hadisə baş verən anda isə evdə körpə Cabbardan savayı, heç kim yox imiş. Məlum olub ki, 4 uşaqlı ailənin sonuncu övladı olan Cabbarın anası digər uşaqları məktəbdən gətirməyə gedibmiş. Evdə heç kimin olmadığı anda isə bu dəhşətli yanğın hadisəsi baş verib.

Yanğının baş vermə səbəbinə gəlincə, ədə etdiyimiz məlumata görə, hadisə baş verən evdə həm odun, həm də elektrik sobası olub. Yanğının konkret hansı səbəbdən baş verdiyi araşdırılır.
**
16:52
Azərbaycanda dəhşətli yanğın hadisəsi baş verib.
"Xəbəraz.az "-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 35 m2 olan birmərtəbəli 2 otaqlı evin 1 otağında 1 ədəd divan və 4 m2 sahədə lambirdən ibarət tavan yanıb.

Yanğının kəşfiyyatı zamanı 2016-cı il təvəllüdlü Cəfərov Cabbar Siyavuş oğlunun meyiti aşkar olunub. Bitişik mənzillər yanğından mühafizə olunub.


Geri dön