Ana Sayfa > Karusel / Hadisə / Dünya > Azərbaycan klubunun prezidenti və qapıçısını güllələdilər - YENİLƏNİB - FOTO

Azərbaycan klubunun prezidenti və qapıçısını güllələdilər - YENİLƏNİB - FOTO


14-02-2017, 16:54. Yazar: Xeberaz

Azərbaycan klubunun prezidenti və qapıçısını güllələdilər - YENİLƏNİB - FOTO



16:22

Yaşar Rüstəmov vətəndaşı isə bud nayihəsindən güllə yarası alıb

"Neftçi"nin sabiq qapıçısı Vladimir Miçoviç, 48 yaşlı "Abşeron" klubunun sabiq prezidenti Yaşar Rüstəmov və Vladimir Miloeviç adlı şəxs naməlum şəxslərin hücumuna məruz qalıblar."Xəbəraz.az " istipress-ə istnadən məlumatına görə, hadisə ötən gün Belqraddakı kafelərdən birində, səhər saat 6 radələrində baş verib. Tərəflər arasında toqquşma nəticəsində Miçoviç başından xəsarət, Yaşar Rüstəmov vətəndaşı isə bud nayihəsindən güllə yarası alıb.

Məlumata görə, əvvəlcə tərəflər arasında mübahisə şəhər kafelərin birində yaranıb, sonra isə kafedə davam edib. Bu zaman təkcə yumruqlar deyil, silah da işə düşüb. Bundan sonra atəş açan və hücum edən şəxslər hadisə yerindən qaçıblar. Sonra kafeyə dərhal təcili yardım çağırılıb.

Qeyd edək ki, Miçoviç 2005-2010-cu ildə "Neftçi"də oynayıb. 2014-cü ildə isə bu komandada məşqçi kimi fəaliyyət göstərib.

----------

15:22

"Neftçi"nin sabiq qapıçısı Vladimir Miçoviç, Yaşar Ustanov adlı 48 yaşlı Azərbaycan vətəndaşı və Vladislas Miloeviç adlı serb hücuma məruz qalıb.

Hadisə ötən gün Belqraddakı kafelərdən birində baş verib.

Səhər saat 06.00 radələrində tərəflər arasında mübahisə yaranıb. Daha sonra isə onlar dava ediblər. Nəticədə Miçoviç başından xəsarət alıb. Azərbaycan vətəndaşı isə ayağından güllələnib.

Sabiq futbolçu və Azərbaycan vətəndaşına xəsarət yetirənlər olay yerindən qaçıblar. Kafeyə təcili yardım çağırılıb, polis araşdırmaya başlayıb.

Qeyd edək ki, Miçoviç 2005-2010-cu ildə "Neftçi"də çıxış edib. 2014-cü ildə isə bu komandada məşqçi kimi fəaliyyət göstərib.


Azərbaycan klubunun prezidenti və qapıçısını güllələdilər - YENİLƏNİB - FOTO
Azərbaycan klubunun prezidenti və qapıçısını güllələdilər - YENİLƏNİB - FOTO

Geri dön