Ana Sayfa > Karusel / İdman / Foto-fakt > Bavariya Alonsonu itirdi

Bavariya Alonsonu itirdi


14-02-2017, 16:48. Yazar: Umid Alakberov
Bavariya Alonsonu itirdi

Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində "Arsenal"la qarşılaşacaq "Bavariya"nın heyətlə bağlı problemləri bitmək bilmir.

Münhen təmsilçisində indi də yarımmüdafiəçi Xabi Alonso sıradan çıxıb.

35 yaşlı orta sahə oyunçusu komandanın son məşqlərinin birində dizindən xəsarət alıb. Həkimlər ispaniyalının sabah Almaniyada baş tutacaq matçı buraxmaq ehtimalının böyük olduğunu açıqlayıblar. Amma bu barədə son qərar oyunun başlamasına bir neçə saat qalmış veriləcək.

Qeyd edək ki, "Bavariya"da müdafiəçi Jerom Boatenq və yarımmüdafiəçi Frank Riberi də zədədən əziyyət çəkirlər.
Geri dön