Ana Sayfa > Karusel / Hadisə > Maskalı şəxslər evdən 13 min manat apardı - Hacıqabulda

Maskalı şəxslər evdən 13 min manat apardı - Hacıqabulda


14-02-2017, 11:51. Yazar: Xeberaz

Maskalı şəxslər evdən 13 min manat apardı - Hacıqabulda


Hacıqabulda 3 nəfər maskalı evdən 13 min manat pul oğurlayıb.


APA-nın Mil-Muğan bürosunun məlumatına görə, fevralın 13-də gecə saatlarında Hacıqabul rayonunun Qubalı kənd sakini, 1964-cü il təvəllüdlü Tağıyev Kazım Fazil oğluna məxsus fərdi yaşayış evinə girən 3 maskalı şəxs ailə üzvlərini qorxudaraq mənzildən 13 min manat pulu götürərək qaçıb. Hazırda onların tutulması istiqamətində əməliyyat-axtarış və istintaq tədbirləri həyata keçirilir.


Faktla bağlı Hacıqabul rayon Polis Şöbəsində cinayət işi başlanıb.

Geri dön