Ana Sayfa > Karusel / İdman / Foto-fakt > Qarabağın futbolçusu İspaniyada əməliyyat olundu

Qarabağın futbolçusu İspaniyada əməliyyat olundu


13-02-2017, 21:30. Yazar: Umid Alakberov
Qarabağın futbolçusu İspaniyada əməliyyat olundu

“Qarabağ”ın yarımmüdafiəçisi Dani Kintana əməliyyat olunub. Klubun mətbuat xidmətindən verilən xəbərə görə, əməliyyat futbolçunun vətəni İspaniyada keçirilib. Hazırda Daninin özünü yaxşı hiss etdiyi bildirilir.
Xatırladaq ki, fevralın 3-ü Topaz Premyer Liqanın 16-cı turunun AZAL-la oyununda ispan futbolçunun diz bağları qırılıb. Onun ən azı 6 ay yaşıl meydanlardan uzaq qalacağı ehtimal edilir.
Geri dön