Ana Sayfa > Karusel / İdman / Foto-fakt > Ramos həmişə Sevilla"lı olub

Ramos həmişə Sevilla"lı olub


13-02-2017, 14:47. Yazar: Umid Alakberov
Ramos həmişə Sevilla"lı olub

İspaniyanın tanınmış futbol məşqçilərindən sayılan Xoakin Kaparros "Real Madrid"in kapitanı Serxio Ramosun "Sevilla" azarkeşləri tərəfindən layiqincə hörmət görmədiyini deyib. Əndəlus klubunun eks çalışdırıcısı Ramosun yetişdiyi kluba bağlı olduğunu qeyd edib.
"Ramos həmişə "Sevilla"lı olub. O, özündə bu klubun genlərini daşıyır. İstərdim ki, azarkeşlər onu layiq olduğu kimi qarşılasın. Bundan başqa Ramos həmişə "Sevilla"ya minnətdar olacağını bildirib".
Ramos 2004-05-ci illərdə "Sevilla"nın əsas komandasında çıxış edəndən sonra "Real"a keçmişdi.
Geri dön