Ana Sayfa > Karusel / İdman / Foto-fakt > "Balotelli məşqlərdə üzümüzə belə baxmır"

"Balotelli məşqlərdə üzümüzə belə baxmır"


13-02-2017, 14:28. Yazar: Umid Alakberov
"Balotelli məşqlərdə üzümüzə belə baxmır"

"Nice" klubunun yarımmüdafiəçisi Patrik Esserik komanda yoldaşı Mario Balotellinin davranışı barədə danışıb.

Esserik italyan hücumçunun kollektivə qaynayıb-qarışmadığını bildirib.

"Balotelli məşqlərdə bizim üzümüzə baxmır. O, yaxşı oğlandır. Amma hər hərəkətilə göstərir ki, bizimlə ünsiyyət qurmaqda maraqlı deyil. "Rennes"lə oyunda (2:2) bizə onun köməyi gərək olardı. Bilirik ki, baş məşqçi komandadan böyük səy tələb edir. Buna görə fərdi oynamağa çalışan Balotellinin oynamasına imkan yaratmır".
Geri dön