Ana Sayfa > Karusel / İdman / Foto-fakt > DÇ-2018 üçün nəzərdə tutulan stadion ərazisində - YANĞIN

DÇ-2018 üçün nəzərdə tutulan stadion ərazisində - YANĞIN


13-02-2017, 14:25. Yazar: Umid Alakberov
DÇ-2018 üçün nəzərdə tutulan stadion ərazisində - YANĞIN

Fevralın 13-də gecə saatlarında Rusiyanın Samara şəhərində 2018-ci il dünya çempionatı üçün inşa olunan stadion yaxınlığında yanğın hadisəsi qeydə alınıb.

Yanğının ümumi sahəsi 100 kvadratmetri əhatə edib.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Tikinti ərazisində olan 7 köşk yanaraq, yararsız hala düşüb. Həmin köşklər fəhlələrin əyinlərini dəyişməsi üçün olub.

Qeyd edək ki, DÇ-2018-in qrup mərhələsinin 4, eləcə də, 1/8 və 1/4 final mərhələlərinin oyunlarının keçiriləcəyi stadion bu ilin sonuna qədər hazır olmalıdır.
Geri dön