Ana Sayfa > Karusel / İdman / Foto-fakt > Almaniya millisi Bakıya nə vaxt gələcək?

Almaniya millisi Bakıya nə vaxt gələcək?


13-02-2017, 14:16. Yazar: Umid Alakberov
Almaniya millisi Bakıya nə vaxt gələcək?

Martın 26-da Azərbaycan milli komandası ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçında üz-üzə gələcək Almaniya yığmasının Bakıya səfər proqramı müəyyənləşib.

Bu barədə Almaniya Futbol İttifaqının (DFB) rəsmi saytı məlumat yayıb.

Yığma komanda qarşılaşmadan iki gün əvvəl Bakı vaxtı ilə 17:35-də çarter reysli təyyarə ilə Düsseldorfdan yola düşəcək. Gecə saatlarında Bakıya çatacaq futbolçular "Boulevard Hotel"də məskunlaşacaqlar.

Almaniya millisinin məşqləri oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda keçəcək. Görüş isə martın 26-da saat 20:00-da başlanacaq. Qarşılaşmanın ardından qonaq komanda birbaşa hava limanına yollanaraq, gecə saat 02:20-də Frankfurta uçacaq.
Geri dön