Ana Sayfa > Karusel / Hadisə / Dünya > Hamburq aeroportu bağlandı - 50 nəfər xəsarət aldı, hava limanı boşaldıldı

Hamburq aeroportu bağlandı - 50 nəfər xəsarət aldı, hava limanı boşaldıldı


12-02-2017, 18:05. Yazar: Xeberaz

Hamburq aeroportu bağlandı - 50 nəfər xəsarət aldı, hava limanı boşaldıldı

Almaniyanın Hamburq şəhər aeroportunda naməlum maddənin sızması nəticəsində 50 nəfər xəsarət alıb.

"Xəbəraz.az "-ın APA-ya istinadən verdiyi məlumata görə, aeroport bağlanıb, hava əlaqəsi dayandırılıb, bütün terminallardan insanlar evakuasiya edilib.

Xəsarət alanlar öskürək, çətin nəfəs almaq və gözlərinin yaşarmasından şikayətlənirlər.

İlkin məlumata görə, sızma kondisioner sistemində baş verib. Hazırda mütəxəssislər hansı maddənin sızdığını araşdırırlar.




Geri dön