Ana Sayfa > Karusel / Hadisə / Şou-Biznes > Xərçəngə düçar olmuş azərbaycanlı rejissor komaya düşdü

Xərçəngə düçar olmuş azərbaycanlı rejissor komaya düşdü


12-02-2017, 11:38. Yazar: Xeberaz

Xərçəngə düçar olmuş azərbaycanlı rejissor komaya düşdü


Qan xərçəngindən əziyyət çəkən rejissor Şahin Zəkizadənin vəziyyəti daha da ağırlaşıb. Rejissorun əmisi oğlu Adil Zəkizadə bildirib ki, Şahin hələ də Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının reanimasiya şöbəsindədir: "Həkimlər hər şeyi artıqlaması ilə edir. Amma yaxşılığa doğru irəliləyiş yoxdur. Ümidimiz tək Allahadır".

Rejissorun xanımı Səbinə Zəkizadə də həyat yoldaşının vəziyyətinin ağırlaşdığını deyib. Səbinə xanım Şahinin koma vəziyyətində olduğunu deyib:
"Səhhətində dəyişən heç nə yoxdur. Hələ ki, aparatlara qoşulmayıb, özü nəfəs ala bilir. Yanına getdim, danışdırdım reaksiya verdi, amma gözlərini aça bilmir. Şahin komadadır, Allah möcüzə etsin, ayılsın. Ürəyim qan ağalayır".

Geri dön