Ana Sayfa > Karusel / Hadisə / M2 > Neftçala rayonunda 36 yaşlı kişini çaqqal dişlədi

Neftçala rayonunda 36 yaşlı kişini çaqqal dişlədi


12-02-2017, 03:01. Yazar: Xeberaz
Neftçala rayonunda 36 yaşlı kişini çaqqal dişlədi
"Xəbəraz.az " Report-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Qaraqaşlı kəndində qeydə alınıb.

Kənd sakini, 36 yaşlı Rəcəb Rəfael oğlu Quliyev həyətdə iş görərkən çaqqal hücumuna məruz qalıb. Vəhşi heyvandan özünü müdafiə edərkən çaqqal hər iki əlini dişləyərək ona xəsarət yetirib.

Zərərçəkən dərhal Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanada quduzluğa qarşı vaksin vurulub və digər tədbirlər görüldükdən sonra Rəcəb Quliyev ambulator müalicəyə buraxılıb.


Geri dön