Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Qar uçqununa düşən əsgərimizin meyidi tapılıb

Qar uçqununa düşən əsgərimizin meyidi tapılıb


11-02-2017, 12:54. Yazar: Xeberaz

Qar uçqununa düşən əsgərimizin meyidi tapılıb

Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, fevralın 9-u axşam saatlarında Murovdağ silsiləsində xidməti vəzifələrini yerinə yetirərkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Rüstəmov Ülvi Əhməd oğlu baş vermiş qar uçqunu nəticəsində həlak olub.

Bu gün Müdafiə Nazirliyinin mətbuat xidmətindən Milli.Az-ın sorğusuna cavab olaraq bildiriblər ki, həlak olan əsgərimiz Ülvi Rüstəmovun nəşi hadisə yerindən çıxarılaraq götürülüb.

Artıq əsgərimizin nəşi dəfn olunması üçün doğulduğu Ağcabədi rayonuna aparılıb.


Geri dön