Ana Sayfa > Karusel / Hadisə / M2 > Bakıda uşaq 8-ci mərtəbədən yıxılıb öldü

Bakıda uşaq 8-ci mərtəbədən yıxılıb öldü


11-02-2017, 10:25. Yazar: Xeberaz
Bakıda uşaq 8-ci mərtəbədən yıxılıb öldü
Bakıda 8 yaşlı uşaq 8-ci mərtəbədən yıxılaraq ölüb.
"Xəbəraz.az " report-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Məhəmməd Hadi küçəsi 101-də baş verib.

Həmin binadakı mənzillərdən birində yaşayan, 2009-cu il təvəllüdlü Emin Ovçinnikov pəncərədə olan plastik torla oynayarkən tor onun ağırlığına dözməyib. Uşaq torla birlikdə 8-ci mərtəbədən aşağı düşüb. Baş nahiyəsindən xəsarət alan məktəb şagirdi dərhal keçinib.
Hadisə yerinə Xətai Rayon Prokurorluğunun əməkdaşları gəliblər.
Geri dön