Ana Sayfa > Karusel / Maraqlı / Foto-fakt / Araşdırma > Ən ağırçəkili qadın Hindistana gətirilir - FOTO

Ən ağırçəkili qadın Hindistana gətirilir - FOTO


11-02-2017, 01:46. Yazar: Xeberaz
Ən ağırçəkili qadın Hindistana gətirilir - FOTO
Xəstəlik səbəbindən 500 kiloqram çəkisi olan dünyanın ən kök qadını misirli İman Əhməd Abdulati Hindistanın Mumbay şəhərində müalicə alacaq.
"Xəbəraz.az " xarici KİV-lərə istinadla xəbər verir ki, İsgəndəriyyə şəhərinin 36 yaşlı sakini “fil xəstəliyi” və “vəzi qüsuru” xəstəliyindən əziyyət çəkir. O, insult keçirib və yataqdan qalxa bilmir.
Ötən ilin sonlarında bariatrik və laparoskopik cərrahiyə üzrə ixtisaslaşan mumbaylı həkim Müffəzəl Lakdavala qadının vəziyyəti ilə tanış olub və ona kömək etmək qərarına gəlib. Qaydalara görə, Abdulati konsulluğa müsahibəyə gələ bilmədiyindən Hindistanın xarici işlər naziri Suşma Svarac onun sənədlərinin qeydiyyatına və viza almasına yardım edib.
Fevralın 11-də Abdulati “Egyptair” aviaşirkətinin pasientin nəqli üçün modifikasiya olunmuş “Airbus 300-600” təyyarəsi ilə Mumbay şəhərinə gətiriləcək.
Geri dön