Ana Sayfa > Karusel / Şou-Biznes > Vüsalə Əlizadə üçün özəl gün

Vüsalə Əlizadə üçün özəl gün


10-02-2017, 17:18. Yazar: Xeberaz
Vüsalə Əlizadə üçün özəl gün


Bu gün aparıcı Vüsalə Əlizadənin qızının ad günüdür.

"Xəbəraz.az " xəbər verir ki, aparıcının övladı Diləyin 5 yaşı tamam olur.

Təəssüratlarını bölüşən V.Əlizadə qızını belə təbrik edib:

“Bu gün mənim özəl günümdür. Allahın mənə “analıq” statusunu verdiyi gündür... Canıma can gəldiyi gündür... Göz nurum, ciyərparəm, gedib-gələn nəfəsim, Allahım məni sənin yanında əyməsin, səni mənə çox görməsin. Səni mənim kimi çətin sınaqlarla imtahana çəkməsin. Hər bir qadının diləyi olur, mənim diləyim sən idin. Tanrım dərgahına açdığım əllərimi boş qaytarmadı. Çox şükür bu günümə. 5 ildir həyatımın dadı, duzu, yaşama səbəbi var, o da sənsən Diləyim. Şükürlər olsun, 5 yaşın mübarək”.




Geri dön