Ana Sayfa > Karusel / Hadisə > "Gənclik Mall"un qarşısında KÜTLƏVİ DAVA: oğlana 6 bıçaq zərbəsi vurdular

"Gənclik Mall"un qarşısında KÜTLƏVİ DAVA: oğlana 6 bıçaq zərbəsi vurdular


10-02-2017, 16:49. Yazar: Xeberaz

"Gənclik Mall"un qarşısında KÜTLƏVİ DAVA: oğlana 6 bıçaq zərbəsi vurdular

Bakı şəhəri, Nərimanov rayonunda yerləşən "Gənclik Mall" ticarət mərkəzinin giriş qapısının önündə kütləvi dava düşüb.

"Xəbəraz.az " xəbər verir ki, "Gənclik Mall" ticarət mərkəzindən çıxan 27 yaşlı Namiq İsmayılov bir neçə şəxsin hücumuna məruz qalıb. Əlbəyaxa dava zamanı N.İsmayılova 6 bıçaq zərbəsi vurulub. N.İsmayılov qanaxmadan huşunu itirib. O, taksi sürücüsünün köməkliyi ilə 1 saylı Şəhər Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, N.İsmayılovun vəziyyəti ağır kimi qiymətləndirilir.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.


Geri dön