Ana Sayfa > Karusel / Hadisə > Qənirə Ataşova Azərbaycanı tərk etdi

Qənirə Ataşova Azərbaycanı tərk etdi


10-02-2017, 16:43. Yazar: Xeberaz

Qənirə Ataşova Azərbaycanı tərk etdi


Fəaliyyəti dayandırılmış ANS TV-nin tanınmış aparıcısı, bir müddət əvvəl ölkədən çıxışına qadağa qoyulan Qənirə Ataşova Azərbaycanı tərk edib.
Q.Ataşovanın ölkədən çıxışına qoyulan qadağanın götürülməsi üçün məhkəməyə və aidiyyəti orqanlara etdiyi müraciət öz müsbət həllini tapıb. Odur ki, aidiyyəti qurumlar məhkəmənin qərarını gözləmədən Q.Ataşovanın ölkədən çıxışına qoyulmuş qadağanı ləğv ediblər. Onun hazırda xarici ölkələrdən birində olduğu söylənilir.

Xatırladaq ki, Q.Ataşovanın da Azərbaycanda "Gülən işi"ylə əlaqədar Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsində açılmış cinayət işinə görə, fəaliyyəti dayandırılmış ANS TV-nin bir qrup əməkdaşıyla bərabər ölkədən çıxışına qadağa qoyulmuşdu.


Geri dön