Ana Sayfa > Karusel / Siyasət / Dünya / Xəbəraz TV > Putin dərhal Ərdoğana zəng vurdu: "ÇOX ÜZGÜNƏM" - VIDEO

Putin dərhal Ərdoğana zəng vurdu: "ÇOX ÜZGÜNƏM" - VIDEO


9-02-2017, 20:00. Yazar: Xeberaz
Putin dərhal Ərdoğana zəng vurdu: "ÇOX ÜZGÜNƏM" - VIDEO


Rusiya hərbi təyyarəsinin Suriya ərazisində Türkiyə hərbi kontingentinin olduğu binaya zərbə endirməsi ilə bağlı Rusiya prezidenti Vladimir Putin Türkiyənin dövlət başçısı Rəcəb Təyyub Ərdoğanla əlaqə saxlayıb.

"Xəbəraz.az "-ın məlumatına görə, Putin başsağlığı verib. Bildirildiyinə görə, təyyarə qəza ilə binaya zərbə endirib. Bunun üçün də Putin çox üzgün olduğunu qeyd edib.

19:04
Bu gün Rusiya hərbi təyyarəsi Suriya ərazisində Türkiyə hərbi kontingentinin olduğu binaya zərbə endirib.

APA-nın xəbərinə görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı açıqlama yayıb. Açıqlamada bildirilri ki, hadisə saat 08:40-da baş verib. Rusiyaya məxsus hərbi təyyarənin türk əsgərlərinin qaldığı binanı bombalaması nəticəsində 3 əsgər həlak olub, 11-i yaralanıb.

Hadisənin pilotun səhvi ucbatından baş verdiyi bildirilir.



Geri dön