Ana Sayfa > Karusel / Hadisə > Bakıda qayınata oğlunu öldürən gəlinini bağışladı

Bakıda qayınata oğlunu öldürən gəlinini bağışladı


9-02-2017, 16:05. Yazar: Xeberaz
Bakıda qayınata oğlunu öldürən gəlinini bağışladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ərini bıçaqlayaraq öldürən 27 yaşlı Nuridə Kərimovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Əfqan Hacıyevin icraatında olan iclasda qətlə yetirilən Vüqar Kərimovun atası, hüquqi varisi Safa Kərimov çıxış edib.

O, gəlini Nuridəni bağışladığını deyib: “Bir iş idi oldu, mən onu bağışlayıram. Bir uşağı var, cənab hakim, siz də onun günahından keçin”.

Məhkəmə prosesi fevralın 14-də davam etdiriləcək.

Qeyd edək ki, hadisə 2016-cı il iyulun 23-də Sabunçu rayonu, Ramana qəsəbəsində baş verib. Cəlilabad rayon sakini N.Kərimova deyib ki, əri V.Kərimov sərxoş vəziyyətdə onu döyüb, stulu başına vurmaq istəyəndə əlinə bıçaq götürüb və V.Kərimov üstünə gələndə bıçaq sinəsinə batıb.


Geri dön