Ana Sayfa > Karusel / Hadisə > Asim nişan üzüyünü qaytarıb, özünü asdı

Asim nişan üzüyünü qaytarıb, özünü asdı


9-02-2017, 14:45. Yazar: Xeberaz

Asim nişan üzüyünü qaytarıb, özünü asdı


Sabirabad rayonunda intihar hadisəsi baş verib.

İntihar hadisəsi ilə bağlı dəhşətli detallar ortaya çıxıb.

"Xəbəraz.az " xəbər verir ki, Rüstəmli kəndində Zəngilan rayonundan olan məcburi köçkünlər üçün salınmış ərazidə yaşayan 1988-ci il təvəllüdlü Asim Məmmədov Şirvan şəhər sakini bir qızla nişanlı olub.

Nişanlısı tez-tez onların yaşadığı evə gedib-gəlirmiş. Qız evdəkilərə zarafatla Asimin onu qaçırdığını deyib. Bundan sonra ailələr arasında problemlər yaranıb. Problemlər böyüdükdən sonra isə oğlan qız ilə evlənməkdən imtina edib və nişan qaytarılıb. Bundan sonra qız tərəfin ailəsi baş verənlərə kəskin etiraz edib. Hətta oğlandan polisə şikayət ediblər ki, qızımızı qaçırıb.

Dünən isə Asim Məmmədov polis idarəsində olub və ifadəsi alınıb. Daha sonra o, evə gələrək ailəsinə qorxduğunu, qız tərəfinin onu tutdurmaq istədiyini bildirib. Gecə qardaşı ilə söhbət edən zaman ölmək istədiyini, həmin qızla evlənmək istəmədiyini deyib.

Bu gün səhər saatlarında evdə olan qardaşı arvadı qapının ağzında Asim Məmmədovun kəndir ilə özünü asdığını görüb.

Hazırda faktla bağlı araşdırma aparılır.




Geri dön