Ana Sayfa > Karusel / Gündəm / Hadisə > DİN Mehmanı məhkəməyə verdi - Həbsini istəyir

DİN Mehmanı məhkəməyə verdi - Həbsini istəyir


9-02-2017, 12:48. Yazar: Xeberaz
DİN Mehmanı məhkəməyə verdi - Həbsini istəyir


Daxili İşlər Nazirliyi bloqer Mehman Hüseynovun həbsi üçün məhkəməyə müraciət edib.

"Xəbəraz.az " xəbər verir ki, bu barədə vəkil Elçin Sadıqov məlumat verib.

E.Sadıqov bildirib ki, nazirlik M.Hüseynovu xüsusi ittiham qaydasında məhkəməyə verib: "Şikayət Suraxanı Rayon Məhkəməsinin hakimi Ceyhun Qədimovun icraatındadır".

Məhkəmə hazırlıq iclası fevralın 10-na təyin olunub. Vəkil qeyd edib ki, şikayət ərizəsi onlara verilmədiyi üçün iclasın təxirə salınmasını istəyəcək.


Geri dön