Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Azərbaycanda yük maşını 3 nəfəri vurub - FOTO

Azərbaycanda yük maşını 3 nəfəri vurub - FOTO


9-02-2017, 02:27. Yazar: Xeberaz
Azərbaycanda yük maşını 3 nəfəri vurub - FOTO
Masallıda yol-nəqliyyat hadisəsi baş verib.

"Xəbəraz.az " APA-ya istinadən xəbər verir ki, insident Qızılavar kəndində qeydə alınıb.

"Ford" markalı yük avtomobili 3 nəfəri vurub. Zərərçəkənlər dərhal Masallı rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Onların şəxsiyyətləri müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.
Geri dön