Ana Sayfa > Karusel / Hadisə > İlhamə Quliyevanın köməkçisi azadlığa çıxdı - MƏHKƏMƏDƏN

İlhamə Quliyevanın köməkçisi azadlığa çıxdı - MƏHKƏMƏDƏN


7-02-2017, 19:14. Yazar: Xeberaz
İlhamə Quliyevanın köməkçisi azadlığa çıxdı - MƏHKƏMƏDƏN


Mərhum xalq artisti İlhamə Quliyevanın köməkçisi olmuş Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə başa çatıb.


"Xəbəraz.az "-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən Məhkəmənin hökmü ilə M.Hüseynovanın barəsində Cinayət Məcəlləsinin 70-cı maddəsi tətbiq olunaraq, ona 1 il 3 ay şərti cəza verilib. M.Hüseynova məhkəmə zalından azadlığa buraxılıb.

Xatırladaq ki, ötən prosesdə prokuror çıxış edərək M.Hüseynovanın 8 il azadlıqdan məhrum edilməsini istəmişdi.


Qeyd edək ki, xalq artisti İ.Quliyevanın sabiq köməkçisi M.Hüseynova 2015-ci il oktyabr ayının 21-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 29,180.3.2-ci (soyğunçuluğa cəhd, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. 2016-cı il fevral ayının 13-də Səbail Rayon Məhkəməsində M.Hüseynova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti üç ay uzadılıb.

Xatırladaq ki, İ.Quliyeva 2016-cı il fevral ayının 25-də səhər saatlarında 73 yaşında dünyasını dəyişib.

Geri dön