Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 > Beynəlxalq danışıq tarifləri artırılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

Beynəlxalq danışıq tarifləri artırılıb? - NAZİRLİKDƏN AÇIQLAMA


7-02-2017, 19:11. Yazar: Xeberaz
Beynəlxalq danışıq tarifləri artırılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

İqtisadiyyat Nazirliyi beynəlxalq danışıq tarifləri ilə bağlı məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, beynəlxalq danışıq tariflərinin dəyişdirildiyi ilə bağlı mətbuatda yayılan xəbərlər həqiqəti əks etdirmir.

Nazirlik xatırladır ki, Tarif (qiymət) Şurasının 2 dekabr 2013-cü il tarixli qərarı ilə beynəlxalq danışıq tarifləri zonalardan asılı olaraq 36, 45 və 54 qəpikdən azaldılaraq bütün zonalar üzrə 1 dəqiqə üçün 32 qəpik səviyyəsində müəyyən edilib. Bu tariflər 1 yanvar 2014-ci il tarixindən qüvvəyə minib və hazırda da qüvvədədir.

Geri dön