Ana Sayfa > Karusel / Hadisə > Qazaxda baba nəvəsini tüfənglə vurdu - Uşağın ayağı kəsildi-

Qazaxda baba nəvəsini tüfənglə vurdu - Uşağın ayağı kəsildi-


7-02-2017, 12:32. Yazar: Xeberaz
 Qazaxda baba nəvəsini tüfənglə vurdu - Uşağın ayağı kəsildi-


Qazaxda baba nəvəsini güllələyib.

"Xəbəraz.az " xəbər verir ki, fevralın 6-da Qazax rayonunun Şıxlı kəndində kənd sakini Səyad Nəsibovun oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobildə özünə məxsus "TOZ-34" markalı tüfənglə ehtiyatsız davranması nəticəsində açılan atəş 7 yaşlı nəvəsi S.Nəsiblinin sol baldır nahiyəsinə dəyib.

Xəstəxanaya yerləşdirilən uşağın sol ayağı amputasiya edilib.

Qazax RPŞ əməkdaşları tərəfindən hadisə yerindən "TOZ-34" markalı tüfəng götürülüb.


Geri dön