Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 > Professordan dollarla bağlı mühüm - Açıqlama

Professordan dollarla bağlı mühüm - Açıqlama


7-02-2017, 10:58. Yazar: Xeberaz
Professordan dollarla bağlı mühüm - Açıqlama


Hazırda dolların ucuzlaşması daha çox psixoloji amillərlə bağlıdır.

Bu sözləri keçmiş maliyyə naziri, iqtisadçı professor Fikrət Yusifov deyib.

Ekspertin sözlərinə görə, FES-in 2017-ci il üzrə ilk iclasında uçot dərəcəsini artıracağı proqnozlaşdırılsa da, gözlənilən qərarın qəbul edilməməsinin təsirləri qısamüddətli olacaq:

“Dolların ucuzlaşması prosesi uzumüddətli olmayacaq. Çünki Amerika Mərkəzi Bankı 2017-ci il üçün dolları xeyli bahalaşdırmaq kursunu aparacaq”.

Azərbaycanda dolların ucuzlaşmasına gəlincə, ekspert hesab edir ki, bunun iki səbəbi var:

“Birincisi, indiki şəraitdə Azərbaycanda dolların ucuzlaşması beynəlxalq faktorlarla bağlıdır.

İkincisi, Mərkəzi Bankın banklardakı valyutadəyişmə məntəqələrində 4 faizlik marjanı aradan götürməsi, bu sahədə proseslərin tam liberallaşması və bundan sonra valyuta bazarında müəyyən canlanmanın baş verməsi kursa təsir edib. Bir neçə ay idi ki, valyuta bazarlarında qıtlıq əmələ gəlmişdi, banklar valyuta satmırdılar və bu səbəbdən də kifayət qədər valyuta toplanmışdı. Hazırda banklarda yığılmış valyutanın bazara təklif olunması fonunda manatın möhkəmlənməsi baş verir”.

Qeyd edək ki, FES-in 1 fevral tarixli uçot dərəcəsinin artırılmaması ilə bağlı qərarından sonra Rusiya, Türkiyə və Azərbaycanda dolların ucuzlaşması müşahidə olunur.
Geri dön