Ana Sayfa > Karusel / Gündəm / M2 > Mübariz İbrahimovun doğum günüdür

Mübariz İbrahimovun doğum günüdür


7-02-2017, 10:39. Yazar: Xeberaz
Mübariz İbrahimovun doğum günüdür


Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür. Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub.
"Xəbəraz.az " xəbər verir ki, 2005-ci ildə orada orta təhsilini başa vurub.

Əsgəri xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətə başlayıb. Bir müddət sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.

19 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək erməni səngərinə hücum edib. Düşməni ağır itkilərə məruz qoyan Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olub.

19 iyun 2010-cu il tarixində Tərtər rayonunun Çaylı kəndi yaxınlığında şəhid olub. Düşmənlə aramsız danışıqlardan sonra onun meyidini geri almaq mümkün olub. Ölümündən sonra M.İbrahimova Milli Qəhrəman adı verilib.
Geri dön