Ana Sayfa > Karusel / Gündəm / M2 > Şəxsiyyət vəsiqələrində YENİLİKLƏR gözlənilir

Şəxsiyyət vəsiqələrində YENİLİKLƏR gözlənilir


6-02-2017, 22:34. Yazar: Xeberaz
Şəxsiyyət vəsiqələrində YENİLİKLƏR gözlənilir


Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələrinə sürücülük vəsiqəsi məlumatlarının inteqrasiya olunması məsələsi nəzərdən keçirilə bilər.

"Xəbəraz.az " xəbər verir ki, bunu Trend-ə yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi üçün infrastrukturun yaradılması layihəsinə yaxın mənbə bildirib.

Mənbənin məlumatına görə, sürücülük vəsiqələrindəki məlumatların şəxsiyyət vəsiqələrinin çiplərinə daxil edilməsi texniki olaraq mümkündür: "Hər şey istifadə olunan çiplərin yaddaş həcmindən asılı olacaq".

Daha əvvəl şəxsiyyət vəsiqələrinə elektron sağlamlıq kartlarının məlumatlarının inteqrasiya olunması imkanı nəzərdən keçirilirdi.

Yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə 2018-ci il yanvarın 1-dən başlanacağı planlaşdırılır.


Geri dön