Ana Sayfa > Karusel / Hadisə > "Oğlumun ölümü intihardır, qəsddir..." - Özünü kəmərlə boğan psixoloqun anası DANIŞDI

"Oğlumun ölümü intihardır, qəsddir..." - Özünü kəmərlə boğan psixoloqun anası DANIŞDI


6-02-2017, 16:49. Yazar: Xeberaz
"Oğlumun ölümü intihardır, qəsddir..." - Özünü kəmərlə boğan psixoloqun anası DANIŞDI



Xəbər verdiyimiz kimi, tanınmış psixoloq Dəyanət Rzayev bir müddət öncə özünü yaşadığı evdə kəmərlə asaraq, intihar edib.

"Xəbəraz.az " xəbər verir ki, psixoloqun cəsədini onun yaşadığı evdə anası Şərqiyyə Rzayeva aşkarlayıb. O, modern.az-a açıqlamasında hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparıldığını bildirib:

"Bizə heç bir məlumat verilmir. Bildirirlər ki, araşdırmalar davam edir".

Şərqiyyə Rzayeva araşdırma nəticələrinin nə vaxt açıqlanacağı barədə də məlumatsız olduğunu deyib: "Heç nə deyilmir. İntihardır, qəsddir bilmirəm".

Xatırladaq ki, D.Rzayev intihardan öncə məktub yazıb. O, məktubunda intiharında heç kimin günahı olmadığını, bunun "özünün şəxsi qərarı olduğunu" qeyd edib.
Geri dön