Ana Sayfa > Karusel / Hadisə > Bakıda vulkan püskürüb

Bakıda vulkan püskürüb


6-02-2017, 16:28. Yazar: Xeberaz
Bakıda vulkan püskürüb


Sabah Qaradağ rayonunda vulkan püskürməsi baş verən əraziyə ekspedisiya heyəti yollanacaq.

Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsindən bildirilib ki, hazırda vulkanın harada baş verməsi, hansı vulkan olduğu və nə qədər ərazini əhatə etməsi ilə bağlı dəqiq məlumat yoxdur.


Əraziyə baxış keçirdikdən sonra palçıq vulkanının ərazisi, baş vermə səbəbləri məlum olacaq.

***

15:04
Bakıda vulkan püskürüb.


APA-nın məlumatına görə, hadisə paytaxtın Qaradağ rayonu ərazisində qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.


Geri dön