Ana Sayfa > Karusel / Hadisə / Dünya > Türkiyədə azərbaycanlı fahişələr tutuldular - Deportasiya edilirlər

Türkiyədə azərbaycanlı fahişələr tutuldular - Deportasiya edilirlər


6-02-2017, 14:37. Yazar: Xeberaz

Türkiyədə azərbaycanlı fahişələr tutuldular - Deportasiya edilirlər


İstanbulun Silivri ərazisində otel və əyləncə məkanlarında təşkil edilən əməliyyatda zorla fahişəlik etdirildiyi iddia edilən 84 əcnəbi əsilli qadın nəzarətə alınıb.

Qadınlar ölkədən deportasiya edilmək üçün Silivri Geri Qaytarma Mərkəzinə təslim ediliblər.

Zorla fahişəlik etdirildiyi deyilən 84 qadının Moldova, Ukrayna, Mərakeş, Belarus, Rus, Gürcüstan, Özbəkistan, Ermənistan, Qırğızıstan və Azərbaycan əsilli olduqları bildirilir.

Basqın edilən ünvanlarda 1 ədəd kustar üsulla hazırlanmış tapança, 2 ədəd sənədsiz tapança, 42 şüşə qanunsuz içki ələ keçirilib.

"Zorla fahişəliyə təşviq və vasitəçilik" və "Cinsi istismar" cinayətləri ilə bağlı istintaq prosesi başlanılıb.


Geri dön