Ana Sayfa > Karusel / Hadisə / M2 > Gəncədə yol qəzası - Xəsarət alanlar var

Gəncədə yol qəzası - Xəsarət alanlar var


6-02-2017, 01:05. Yazar: Xeberaz
Gəncədə yol qəzası - Xəsarət alanlar var
Gəncədə yol qəzası baş verib.

ARB Kəpəz-dən verilən xəbərə görə, hadisə Gəncə-Göygöl yolunun 1-ci kilometrliyində baş verib.

Şəhər sakini 31 yaşlı Seymur Bayramov idarə etdiyi “Toyota Prado” markalı avtomobilin idarəetməsini itirib. Nəticədə avtomobil yoldan cıxaraq ağaca çırpılıb.

Sürücü və sərnişin, şəhər sakini 34 yaşlı Tural Kazımov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər TTYX-ya gətiriliblər.

İlkin tibbi yardım göstərilən yaralılardan vəziyyəti ağır olan Seymur Bayramov şəhərdəki özəl xəstəxanalardan birinə göndərilib.
Geri dön