Ana Sayfa > Karusel / Maraqlı > Bu çiçəklər sizə şans gətirəcək: evinizdə saxlayın
Bu çiçəklər sizə şans gətirəcək: evinizdə saxlayın4-02-2017, 22:15. Yazar: Xeberaz |
Bəzi çiçək və güllər evdə şans, rahatlıq, xoşbəxtlik, sağlamlıq gətirə bilmək gücünə malikdir. Bu cür bitkiləri evinizdən əskik etməyin. Aile.lent.az həmin çiçəklərlə sizi tanış edir. Qərənfil Evinizdə romantik ab-hava yaratmaq üçün yataq otağınızda ağ qərənfil saxlayın. Ağ qərənfil sakitlik və əmin-amanlıqla yanaşı, romantik enerji də əks etdirəcək. Mimoza Evinizdə və iş yerinizdə qoyacağınız mimozalar müvəffəqiyyəti artırar və uğur qazanmanızı təmin edər. Pion Şans, sürprizlər, sədaqət və şəfqət üçün pion çiçəklərini seçin. Ağ pionlar sədaqəti və şəfqəti, qırmızılar isə şansı və sürprizləri həyatınıza gətirəcək. Liliya Evinizə bol pul və bərəkət çəkmək üçün zanbaq çiçəyindən istifadə edin. Xrizantema Xrizantema evinizə sevinc enerjisini bəxş edər, xoşbəxtliyi atırar. Eyni zamanda, stressdən uzaq qalmanızı təmin edər və dinclik verər. Orxideya Orxideya çiçəkləri evdəki sülhü, əmin-amanlıq və sakitliyi təmin edər. Yaşıl yarpaqlı bitkilər Yaşıl böyümə, inkişaf və sağlamlığın rəngidir. İnsanlarda sağlamlıq, yenilik və şansı artırır. Bütün bu çiçək və bitkiləri yerləşdirərkən bir məqama diqqət yetirin: onları xarakterlərinə uyğun evin cənub və şimal hissəsində yerləşdirin. Bu, evin şansını və bərəkətini artırar. Geri dön |