Ana Sayfa > Karusel / Gündəm / M2 > Boşanan kişilərə BƏD XƏBƏR

Boşanan kişilərə BƏD XƏBƏR


4-02-2017, 17:37. Yazar: Xeberaz
Boşanan kişilərə BƏD XƏBƏR


Azərbaycanda bundan sonra alimentlərin alınması haqqında məhkəmə qətnamələri dərhal icra olunacaq. Bu "Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanunda əksini tapıb.

Prezidenti İlham Əliyevin fevralın 3-də imzaladığı sərəncamla yeni qanun qüvvəyə minib.

Mülki Prosessual Məcəlləyə əsasən, indiyə qədər bütün qətnamələr qanuni qüvvəyə mindikdən sonra icra edilməli idi. Dəyişikliyə əsasən, bundan sonra şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması, məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi haqqında qətnamələr dərhal icra olunmalıdır. Bu hallar istisna ilə, digər qətnamələr qanuni qüvvəyə mindikdən sonra icra edilməlidir.



Geri dön